ABŞ bu şəxslə bağlı məlumat verənə 5 milyon dollar vəd edir


ABŞ Xarici İşlər Nazirliyi, “Evil Corp” adlı haker qrupunun lideri olduğu bildirilən Maksim Yakubtsın tutulması üçün məlumat verən şəxsə mükafat veriləcəyini açıqlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi  tərəfindən rus vətəndaşı Maksim Yakubts kiber hücum və bank saxtakarlığı ilə təqsirləndirilərək məhkəməyə verilib.  
Ədliyyə Nazirliyi qeyd edir ki, şəxsi və maliyyə ilə bağlı məlumatları oğurlayan haker qrupunun lideri M.Yakubts olub. Buna görə də onun ələ keçirilməsi üçün 5 milyon dollar (təxminən 8.500.000 AZN) mükafat müəyyən olunub.
Qeyd edək ki, M.Yakubtsın tutulması üçün müəyyən olunan mükafatın miqdarı ABŞ tarixində hakerlər üçün təyin olunan ən yüksək məbləğ olub.
Firəngiz Quliyeva
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top