Davada təklənən gənc silah çıxaran vaxt görün nə oldu – VİDEO


Türkiyədə məktəbdə bir qrup şəxs tərəfindən döyülən gənc silaha əl atıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulda məktəblərin birində siniflər arasında kütləvi dava baş verib. Davada döyülən şagirdlərdən biri növbəti gün əldə etdiyi silahla məktəbə gəlib və ona zərər verən şəxslərlə mübahisəyə başlayıb. Bu vaxt çox sayda şagird onu təkləyərək yenidən döyməyə cəhd ediblər. Bunu görən şagird havaya atəş açıb və hücum edən şəxslərin hamısı qaçaraq gözdən itiblər. Müəllimlər şagirdin əlindən silahı almağa çalışsalar da buna nail ola bilməyiblər. Polis və məktəb mühafizəsinin birgə səyləri nəticəsində bədbəxt hadisə baş vermədən silah zərərçəkənin əlindən alınıb. Faktla bağlı araşdırma aparılır.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top