Səudiyyəli əsgər 3 ABŞ hərbçisini öldürdü


ABŞ-ın Florida ştatında yerləşən Hərbi Dəniz qüvvələrinə edilən hücum nəticəsində 3 ABŞ əsgəri dünyasını dəyişib.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, ABŞ-a aid "Pensacola" adlı hərbi bazaya hücum edən şəxsin orada təlim keçən Səudiyyə Ərəbistanının əsgəri olduğu bildirilib. Tapanca ilə edilən hücum nəticəsində 8 nəfər yaralanıb, 3 əsgər isə ölüb. Hücum edən şəxs isə bazadakı digər ABŞ hərbçiləri tərəfindən öldürülüb. Cinayətin hansı səbəblə işləndiyi hələlik bilinmir. Hadisə ilə bağlı Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz əs-Səud ABŞ prezidenti Donald Trampa başsağlığı verib. Tramp "Twitter"dən verdiyi açıqlamada ərəblərin bu hücumdan məyus olduğunu və ABŞ-Səudiyyə Ərəbistanı dostluğunun necə güclü olduğunun bir daha sübuta yetdiyini bildirib.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top