DGK-dan 250 milyon dollarləq ƏMƏLİYYAT

Bu gün rastlaşdığımız ən böyük problemlərimizdən biri əqli mülkiyyətin eyniadlı məhsulların başqa şirkətlər, yaxud fiziki şəxslər tərəfindən gətirilməsidir. Hesab edirik ki, bu cür problemlərlə, xüsusilə təmsilçilik institutu ilə bağlı müəyyən texniki problemlərlə bağlı suallar və təkliflər ola bilər. 

Bu barədə jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

O bildirib ki, aparılan islahatlar nəticəsidə gömrük sistemində şəffaflığa nail olunub:

“Biz, demək olar ki, gömrük orqanlarında qarşımıza qoyduğumuz hədəflərə çataraq, tam şəffaflaşma proseslərinə nail olmuşuq. Bəzi işbazlar tərəfindən müəyyən addımlar atılmağa cəhd edilsə də, biz bu işdə əli olan son inspektora qədər təmizlənmə işlərini davam etdirəcəyik.

Yaşıl dəhliz sistemi üzrə ilin sonuna qədər dövriyyə yeddi milyard ABŞ dollarına çatdırılacaq. Bu isə hesab edirəm ki, böyük göstəricidir. Məhz Dövlət Gömrük Komitəsi əməkdaşları il ərzində 250 milyon dollar dəyərində qaçaqmalçılığın qarşısını alıb. Təəssüf ki, bunun da əksəriyyəti narkotik vasitələr, silah-sursatlar təşkil edir”. (Oxu.az)

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top