“Moskva dostları qarşılayır”


Moskva şəhərində Vladimir Spivakov Fondu tərəfindən XVI “Moskva dostları qarşılayır” Beynəlxalq Festivalı keçirilib.
Yeniavaz.com xəbər verir ki, festivalda dünyanın 36 ölkəsindən gənc istedadlar Moskvanın konsert salonlarında maraqlı musiqi proqramları ilə çıxış edib.
Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının şagirdləri də festivalda ölkəmizi layiqincə təmsil ediblər.
Beynəlxalq Musiqi Evinin Svetlanov zalında reallaşan festivalın açılış mərasimində konsert proqramı ilə yanaşı, gənc rəssamların əsərlərindən ibarət sərgi də açılıb.
İncəsənət Gimnaziyasının təsviri və tətbiqi sənət şöbəsinin şagirdləri Mədinə Həmzətova və Fərəh Kərimovanın rəsmləri təşkilatçılar tərəfindən seçilərək sərgidə nümayiş edilib.
Dövlət Akademik Böyük Teatrının Bethoven zalında respublika və beynəlxalq müsabiqələr laureatı, kamança ifaçısı Hüseyn Nağıyev bəstəkar Həsən Rzayevin “Çahargah” rapsodiyasını məharətlə səsləndirib.

DİGƏR XƏBƏRLƏR

Top