Azərbaycanlı məşhurların sənətdən kənar şəxsi biznesləri – SİYAHI


Hər zaman bahalı avtomobilləri, evləri ilə gündəmə gələn azərbaycanlı məşhurların tək gəlir yeri öz peşə sahələri deyil. Onlardan bir çoxu müğənnilik, aparıcılıqla yanaşı şəxsi bizneslə də məşğul olurlar.
Yeniavaz.com şəxsi biznesə sahib olan azərbaycanlı məşhurların siyahısını təqdim edir:

Siyahıya ilk növ olaraq ATV-nin məşhur siması, “Bozbaş pictures”in yaradıcılarından sayılan İlkin Həsəni ilə başlayaq. O, 2014-cü ildən etibarən “İlk media”nın təsisçisidir. Burada reklam, film, serial çəkilişləri həyata keçirilir. Bu il aparıcı şirkətinin 6 illiyini qeyd edir.  Bundan əlavə, “İdea Factory” SMM şirkətinin rəhbəridir. Bura çap işləri, dizayn, TV media reklamları və s. daxildir.

Əsl peşəsi həkim olsa da, hind rəqsləri ilə məşhurlaşan Oksana Rəsulovanın da şəxsi biznesi var. Rəqqasə “OksiMedia production”ın sahibidir. Sözügedən şirkət kliplərin, serialların və filmlərin istehsalı ilə məşğul olur. Bununla yanaşı, Oksananın rəqs məktəbi var.

Daim zövqlü geyimlər geyinən Zamiq Hüseynov “ZH” kişi geyim dükanının sahibidir. Sözügedən mağazada yalnız kişilər üçün geyimlər və ayaqqabılar satılır.

Müğənni Yaşar Cəlilov da gözəllik mərkəzi sahibi olanlar arasındadır. Onun sahibi olduğu gözəllik salonunun adı “Ulduzum by Yaşar Cəlilov”dur.

Bir neçə gözəllik mərkəzinə sahib olan sənətçilərdən biri də Nüşabə Ələsgərlidir. O, dəfələrlə media və efirlərdə biznesinin gəlir gətirmədiyi barədə açıqlama verib.

Ruhi Əliyeva müğənnilikdən uzaqlaşıb bizneslə məşğul olanlar arasındadır. O, “Emerald” adlı zərgərlik butikinin sahibidir. Bununla yanaşı, Ruhinin həm Azərbaycanda, həm də Türkiyədə fəaliyyət göstərən “Liatris” adlı holdinqi var.  “Liatris Travel” da holdinqin tərkibinə daxildir. Bundan əlavə Ruhi “Youtube” kanalındanda əlavə gəlir qazanır. O, hazırladıqları yeməkləri geniş izləyici kütləsinə sahib kanalında yerləşdirir və reklam xarakterli paylaşımlar edir.

Ailə həyatı qurduqdan sonra Rusiyanın Moskva şəhərinə köçüb orada müğənnilik fəaliyyətini davam etdirən Rəqsanə İsmayılovanın Moskvanın mərkəzində “Farrof palace” adlı şadlıq sarayı var.

Tanınmış şoumen Murad Dadaşov “M Group Production” şirkəti ilə yanaşı şirniyyat evinin sahibidir. Həmin şirniyyat evi “Cot’d Azur” adlanır.

Əməkdar artist Abbas Bağırov yüksək qiymətə toy idarə edən sənətçilərdəndir. A.Bağırovun “ABA” adlı şirniyyat evi var.

Müğənni Manaf Ağayev isə toydan gələn gəlirlərini ev və maşına yatırır. Varlı müğənnilər sırasında adı hallanan Manaf bütöv toy oxumaqla yüksək gəlir əldə edir. Bundan əlavə o, tikinti sahəsində biznesə başlayacağı barədə də açıqlama verib.

Varlı müğənnilər sırasında adı hallananlardan biri də müğənni Ədalət Şükürovdur. Onun bir zamanlar aptek və turizim şirkəri olsa da daha sonra bağlanıb. Lakin o, açıqlamalarında smalta daşından gözəl əsərlər üzərində işlədiyi və bunu biznesə çevirdiyini bildirib. Qızı isə Azərbaycana daxil olan bütün ətirlərin işinə baxır.

Aparıcı İlham Mirzəyevi məlumdur ki, hər kəs “Tale yolları” proqramı ilə tanıyıb.  Buna görə də o, sahibi olduğu şadlıq evinin adını “Tale yolları” qoyub. Bundan əlavə o, “İlhamed” sağlamlıq mərkəzinin də sahibidir.  Bir zamanlar aparıcı həbsdə olarkən sağlamlıq mərkəzinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbərlər çıxmışdı.

“Bu şəhərdə” adlı konsert proqramı ilə il ərzində 2 dəfə tamaşaçıları ilə görüşən aktyorlar Rafael Dadaşov Coşqun Rəhimov “Bu şəhərdə” restoranının sahibidirlər.

Ölkənin ən uzunmüddətli musiqi qruplarından olan “Şeron”un solisti Ülvi də restoran biznesi quranlar arasındadır. O, “Abşeron” şadlıq evinin sahibidir.

Azərbaycanda xınayaxdı biznesi son illərdə ən çox yayılmış bizneslərdəndir. Bu biznesə şou-biznes nümayəndələrindən bir neçəsi sahibdir. Onlardan biri də rəqqasə Fatimə Fətəlidir. Xınayaxdı məclislərində aparıcılıq etməklə yanaşı “Banu”  adlı dekor yerinin sahibidir. Bundan əlavə, “Banu” rəqs məktəbi və “Banu” gözəllik mərkəzinin də sahibidir.

Bu sahə ilə məşğul olan məşhurlar sırasında xərçəng xəstəliyi ilə mübarizə aparan əməkdar artist Tünzalə Əliyeva, məşhur şair və qiraətçi Nazilə Səfərli, müğənnilər Xuraman ŞuşalıRahidə Baxışova da var.
İlahə Hüseynova
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top