Paşinyan sabah Bakıya gələcək ermənilərin adlarını AÇIQLADI


Sabah Ermənistan nümayəndə heyəti Bakıya gələcək.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, nümayəndə heyətinə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Armen Simonyan, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin şöbə müdiri Arman Karapetyan və Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı Artem Aznauryan daxil edilib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan xüsusi qərar imzalayıb.
Məlumat üçün bildirək ki, Ermənistandan gələn nümayəndə heyəti dekabrın 6-da Bakıda keçiriləcək Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunan beynəlxalq konfransda və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında iştirak edəcəklər.
 
 

DİGƏR XƏBƏRLƏR

Top