Tanınmış jurnalist deputatlığa namizədliyi ilə bağlı SORĞU KEÇİRTDİ


Ötən gün Milli Məclisin buraxılmasından sonra sosial şəbəkələrdə bir çox tanınmışlar deputatlığa namizlədiyinin irəli sürülməsi ilə bağlı paylaşımlar edirlər.
Yeniavaz.com
xəbər verir ki, siyahıya bu dəfə də tanınmış jurnalist-aparıcı Aytən Səfərova qoşulub. O, sosial şəbəkədə deputatlığa namizədliyi ilə bağlı paylaşım edib.
“Aytən Səfərova millət vəkili olsa... İnanırsınız? Ola bilərmi?” – deyə, A.Səfərova paylaşımda qeyd edib.
Jurnalistin bu paylaşımını əksər izləyicilər dəstəkləsə də, dəstəkləməyənlər də olub.
Qeyd edək ki, sosial şəbəkələrdə istifadəçilər artıq bir neçə gündür Xalq artisti Afaq Bəşirqızının millət vəkili olması ilə bağlı kampaniya başladıblar.


İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top