Bu görüntülər Türkiyəni qarışdırdı - Fotoda əks olunan nədir?


Son günlər sosial şəbəkələrdə yayılan sirli foto barədə müəllif danışdı.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ardahanda tövlədə çəkilən şəkildə əks olunan qeyri-adi məxluq hər kəsi təəccübləndirib. İnək və balasının olduğu fotoda arxa fonda qara paltarda bir şəxs əks olunub. Şəkili çəkən şəxs bildirib ki, həmin fotonu sosial şəbəkədən başqa adam paylaşıb: "Şəkli çəkdikdən sonra fonda görünən qara geyimli məxluqu gördüm. Düşüb yenidən tövləni gəzdim ancaq heç nə görmədim". Bəhs edilən fotonu yayan şəxsi şikayət edəcəyəm çünki, kəndimizdə insanlar həyətə düşməyə qorxurlar. Bu səbəbdən şəkli yaymaq fikrim yox idi". Həmin foto qısa vaxtda sosial şəbəkədə ən çox izlənənlər sırasına girsə də həqiqət olub olmadığı bilinmir.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top