Azərbaycanlı gənc Ginnesin Rekordlar Kitabına düşdü - FOTOLAR

Dubayda yaşayan azərbaycanlı Vüqar Adıgözəlov rekorda imza atıb.

O, 145 ölkənin vətəndaşı ilə eyni təyyarədə tarixi uçuş edib və Ginnesin Rekordlar Kitabına düşüb.

Belə ki, V.Adıgözəlovun təşəbbüsü ilə 29 noyabrda Birləşmiş Ərəb Əmirliliklərinin 48-ci Milli günü münasibətilə 145 ölkənin nümayəndəsi, Ginnesin nümayəndələri və digər şəxslər olmaqla 500-dən çox sərnişin tarixi uçuş üçün bir araya gəlib.

Bu hadisə Ginnesin dünya rekordu kimi qeydə alınıb. Vüqar bu barədə sosial şəbəkədə hisslərini dilə gətirib:

“Həyatımın bu mərhələsində Ginness Dünya Rekorduna rəsmi cəhd etmək də var imiş” deyə, o bildirib.

Qeyd edək ki, Vüqar Adıgözəlov Oxford Universitetində magistr təhsili alır. O, Dubayın məşhur şirkətlərindən birinin marketinq direktorudur. (axsam.az)


Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top