Putinin gizli qatarı ilk dəfə görüntüləndi - VİDEO


İçərisində Rusiya prezidenti Vladimir Putin və baş nazir Dimitri Medvedevin olduğu qatarın görüntüləri yayılıb.
Yeniavaz.com
xəbər verir ki, Rusiyanın dövlət televiziyası  "Rossiya 24" kanalında Putinin gizli qatarı haqqında maraqlı reportaj hazırlanıb. Orada bildirilir ki, bəhs edilən qatar kənardan sadə görünsə də xüsusi təyinatlı polis və Rusiyanın Federal Təhlükəsizlik Xidməti işçiləri tərəfindən çox güclü şəkildə mühafizə edilir. Yeni ortaya çıxan qatarın içərisində Putin və Medvedevin olduğu bildirilib. Bundan başqa qatarda Rusiyanın bir çox vəzifəli şəxsləri də olub. Orada çox vacib iclasın keçirildiyi təxmin edilir. "Komsomolskaya pravda" qəzetinin siyasət bölümünün işçisi Yelena Krivyakina həmin qatar barədə əldə etdiyi bəzi məlumatları paylaşıb. O bildirib ki, bəhs edilən qatar bildiyimiz qatarlardan deyil: "Birinci vaqonda xüsusi təhlükəsizlik cihazları yerləşdirilib. İkinci vaqonda qatarı idarə edən şəxslər oturur. Üçüncüdə isə təhlükəsizlik xidməti əməkdaşlarının olduğu bildirilir". Qatarın ən gizli vaqonunun isə 4-cü vaqon olduğu söylənilir. Bu barədə ətraflı məlumatlar hələlik ictimailəşməyib.  Qatarın haradan gəlib hansı istiqamətə getdiyi isə bilinmir.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top