Elçin Babayev BDU-nun zəhərlənən tələbələri ilə bağlı DANIŞDI


"Bakı Dövlət Universitetinin 3 tələbəsinin zəhərlənməsi hadisəsinin onlara universitet tərəfindən verilən ödənişsiz yemək kartı, eləcə də universitetin yeməkxanası ilə heç bir əlaqəsi yoxdur".
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu BDU-nun rektoru Elçin Babayev bildirib.
Rektor zəhərlənmənin tələbələrin həmin kartla universitetin yataqxanasından aldığı qida qəbulu nəticəsində baş verdiyini inkar edib: "Birmənalı olaraq bunu inkar edirəm. İstintaq nəticəsində hər şey aydın olacaq. Mən özüm də universitetin yeməkxanasında yemək yeyirəm. Hər şey yüksək səviyyədədir, məhsulları da keyfiyyətlidir. Bunları biri-biri ilə əlaqələndirmək qərəzlidir".
Elçin Babayev bu gün iki tələbənin zəhərlənməsi barədə məlumatlara da münasibət bildirərək qeyd edib ki, hadisə tələbə yataqxanasında deyil, tələbələrin kirayə yaşadıqları evdə baş verib: "Məsələləri şişirtmək lazım deyil. Çünki bu, hamı üçün psixoloji təsirdir. Onlardan biri bizim, digəri isə başqa universitetin tələbəsidir''.

DİGƏR XƏBƏRLƏR

Top