Bakıda ikimərtəbəli ev çöküb


Bakının Sabunçu rayonunda ikimərtəbəli fərdi yaşayış evi çöküb.

Hadisə Məmmədyarov küçəsi 30/17 ünvanında qeydə alınıb.

İlkin məlumata əsasən, bir nəfərin məskunlaşdığı ikimərtəbəli fərdi yaşayış evi tamamilə dağılıb. Hadisə zamanı ev sahibi evdə olmayıb. Nəticədə yaxınlıqda olan digər yaşayış evlərinə ziyan dəyib.

Hazırda ərazidə FHN-in xilasediciləri çalışır.//APA

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top