Gələn ilin Ramazan və Qurban bayramlarının vaxtı bilindi


Gələn il üçün Novruz , Ramazan və Qurban bayramlarının vaxtı açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov Sərəncam imzalayıb.
2020-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

Məlumat üçün onu da bildirək ki, 2020-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1-2 yanvar Yeni il bayramı;
20 yanvar - Ümumxalq hüzn günü;
8 mart - Qadınlar günü;
20, 21, 22, 23, 24 mart - Novruz bayramı;
9 mayFaşizm üzərində qələbə günü;
24-25 may - Ramazan bayramı;
28 may - Respublika günü;
15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş günü;
26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;
31 iyul - 1 avqust - Qurban bayramı;
9 noyabrAzərbaycan Respublikasının Dövlət Bayrağı günü;
31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü.
 

DİGƏR XƏBƏRLƏR

Top