Prezidentin yeni təyin etdiyi icra başçısı iki vəzifəli məmuru işdən çıxardı


Suraxanı Rayon İcra Hakimiyyətinin iki əməkdaşı işdən çıxarılıb.

Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısının köməkçisi Təyublı Mirteyub Xaqani oğlu vəzifəsindən azad edilib.

Eyni zamanda, İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məmmədov Rəşid Müslüm oğlu isə yaş həddinə görə işdən çıxarılıb.

Hələ ki, onların yerinə heç bir təyinat olmayıb.

Faktı "Report"a Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir Barxudar Barxudarov təsdiqləyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Əziz Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ə.Əzizov bundan əvvəl Yasamal Rayon İcra Hakimiyyətinin başçısı olub.

Xatırladaq ki, son günlər mətbuat Ə.Əzizovun RİH-də qalmaqallı kadr dəyişikliyi etməsi ilə bağlı xəbərlər dərc edib.

DİGƏR XƏBƏRLƏR

Top