Bu il vəzifədən uzaqlaşdırılan, yerləri dəyişdirilən və yeni təyin olunan icra başçılarının SİYAHISI


Bu il ölkə gündəmindəki ən yaddaqalan hadisələrdən biri də prezident İlham Əliyevin kadr dəyişikliyi ilə bağlı verdiyi sərəncamlar oldu. Belə ki, bu sərəncamlar, Ramiz Mehdiyev və Ramil Usubov kimi uzun illərdir əhəmiyyətli qurumlara rəhbərlik edən məmurların öz postunu itirməsinə səbəb oldu. Bununla yanaşı ölkə başçısı həm də yerlərdə ən səlahiyyətli şəxs olan icra başçıları ilə də bağlı sərəncamlar verdi və nəticədə uzun illər bu vəzifəni tutanların bəziləri təqaüdə göndərildi. Bəzi icra başçılarının digərləri ilə yerləri dəyişdirildi.
Yeniavaz.com 2019-cu ildə ölkə prezidentinin sərəncamı əsasında tutduğu vəzifədən kənarlaşdırılan, yerləri dəyişdirilən və yeni təyin olunmuş icra başçılarının siyahısını təqdim edir:
Prezident bu il ilk olaraq Bakının Xəzər rayonuna yeni icra başçısı təyin etdi. Fevral ayının 5-də verilən sərəncamla həmin rayonun icra hakimiyyəti başçısının birinci müavini vəzifəsini icra edən Elşən Salahov icra başçısı təyin edildi. E. Salahovun sələfi isə prezidentin 21 dekabr 2018-ci il sərəncamı ilə vəzifəsindən azad edilən Gülağa İslamov idi. O, 23 il idi ki, bu vəzifəni icra edirdi (25 yanvar 1995).
Aprel ayının 2-də isə Siyam Hacıyev Naxçıvan Muxtar Respublikasının Culfa rayonuna icra başçısı təyin edildi. S. Hacıyevin sələfi Şükür Babayev isə 12 il idi ki, bu vəzifəni icra edirdi (26 iyun 2006). O da, prezidentin 2018-ci il 21 dekabrda imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilmişdi.
Aprel ayının 5-də prezident ard-arda imzaladığı sərəncamlarla bəzi rayonların icra başçılarının yerlərini dəyişdirdi. Belə ki, bu tarixə qədər Şabran rayonuna rəhbərlik edən Novruz Novruzov tutduğu vəzifədən azad edilərək Siyəzən rayonuna icra başçısı təyin edildi. Siyəzən rayonun icra başçısı Asif Hüseynov isə prezidentin müvafiq sərəncamları ilə vəsifəsindən azad edildi və Şabran rayonuna rəhbər təyin edildi.
Eyni gün Ağstafa rayonunun icra başçısı Məhərrəm Quliyev tutduğ vəzifədən azad edilərək Goranboy rayonunda rəhbər vəzifəyə təyin edildi. Həmin vaxta qədər Goranboy rayonuna rəhbərlik edən Nizaməddin Quliyev isə tutduğu vəzifədən azad edilərək Ağstafada başçı vəzifəsini icra etməyə bşladı.
Prezidentin 17 may 2019-cu ildə imzaladığı müvafiq sərəncamlarla isə həmin ana qədər Sabirabad rayonunda icra başçısı vəzifəsini icra edən Nazim İsmayılov tutduğu vəzifədən azad edilərək Saatlı rayonunda bu vəzifəyə təyin olundu. Digər sərəncamlarla isə Sirayəddin Cabbarov Saatlı rayon icra başçısı vəsifəsindən azad edildi və Sabirabadda bu vəsifənin icrasına başladı.
Ölkə prezidentinin 30 sentyabr 2019-cu ildə imzaladığı sərəncama əsasən 12 ildir ki (18 dekabr 2017), Ağsuya rəhbərlik edən Ənvər Seyidəliyev tutduğu vəzifədən azad edildi. Həmin ana qədər təhlükəsizlik orqanlarında çalışmış polkovnik Vahid Tağıyev isə Ağsu rayonuna icra başçısı təyin edildi. Başçı təyin edilməmişdən öncə V.Tağıyevin son iş yeri isə DTX-nın Xaçmaz rayon şöbəsinin rəisi olub.
Bir ay sonra isə, yəni oktyabrın 31-də prezident İlham Əliyev 2004-cü ildə Xaçmaza rəhbərlik edən Şəmsəddin Xanbabayevi tutduğu vəzifədən azad etdi və bu işin icrası Elnur Rzayevə həvalə edildi. E. Rzayev bu təyinata qədər Gəncə “ASAN Xidmət”in rəhbəri vəzifəsində çalışıb.
Prezidentin müvafiq sərəncamları ilə həmin gün Yevlax şəhər icra hakimiyyətinin başçısı da dəyişdirildi. Belə ki, 2011-ci ilin 18 fevralından bu vəzifəni icra edən 60 yaşlı Qoca Səmədov tutduğu vəzifədən azad edildi. 2011-ci ildən Nəsimi rayon icra hakimiyyəti başçısının müavini vəzifəsini icra edən Anar Tağıyev isə Yevlağın növbəti icra başçısı oldu.
Azərbaycan Respublikasının Konstitusiya gününün qeyd olunduğu 12 noyabrda, ölkə başçısı bəzi şəhər və rayonların icra başçılarının tutduqları vəzifədən azad edilməsi və yeni icra başçılarının təyin edilməsi ilə bağlı sərəncamlar imzaladı. Buna əsasən həmin ana qədər Suraxanı rayon icra hakimiyyətinə başçılıq edən İlqar Abbasov vəzifəsindən azad edilərək Şirvan şəhərinə rəhbər təyin edildi. Şirvan şəhər icra hakmiyyətinin başçısı Mərdan Camalov isə müfaviq sərəncamla tutduğu vəzifədən azad edilərək, son olaraq Lütvəli Babayevin icra etdiyi Zərdab rayon icra hakimiyyətinin başçısı vəzifəsinin icrasına başladı.
Yasamal rayonunun icra başçısı vəzifəsini yerinə yetirən Əziz Əzizov isə prezidentin müvafiq sərəncamları əsasında Suraxanı rayonuna rəhbərlik etməyə başladı. Yasamal rayonuna isə 2015-ci ildə V çağırış Azərbaycan Respublikası Milli Məclisi 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputat seçilmiş Elşad Həsənov icra başçısı təyin edildi.
Prezident həmin gün 11 aydır ki (13 dekabr 2018-ci ildən), Xətai rayon icra hakimiyyəti başçısının birinci müavini vəzifəsi ilə icra başçısının səlahiyyətlərini icra edən Rafiq Quliyevi həmin rayonun rəhbər vəzifəsinə təyin etdi. 12 il bu rayona rəhbərlik etmiş sabiq icra başçısı Razim Məmmədov 2018-ci ilin dekabrın 13-də prezident İlham Əliyevin sərəncamı əsasında vəzifəsindən azad edilmişdi.
Bu il prezident son olaraq Masallı və Ağcabədi rayonlarının icra başçılarının yerlərini dəyişdi. Belə ki, noyabr ayının 20-də bu barədə müvafiq sərəncamlar imzalayan ölkə başçısı Masallı rayonunun icra başçısı Rafil Hüseynovu tutduğu vəzifədən azad edərək Ağcabədiyə rəhbər təyin etdi. Ağcabədi rayonunda eyni vəzifəni icra edən Şahin Məmmədov isə bu minvalla Masallı rayonunun yeni icra başçısı oldu. 
Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top