Aliment verməyən kişilərin ölkədən çıxışına qadağa qoyulmalıdır - Komitə sədri


“Qadınlar bizə müraciət edirlər ki, aliment ala bilmirlər. Kişi aliment vermirsə, ölkədən çıxışına qadağa qoyulmalıdır”.
Bunu bu gün keçirilən mətbuat konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.
H. Hüseynova deyib ki, dünya təcrübəsində aliment verilməyəndə Aliment Fondu verir, ancaq kişi sonra Aliment Fonduna ikiqat artıq vəsait ödəyir: “Ona görə də Azərbaycanda da Aliment Fondu yaransa, yaxşı olar”.(APA)
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top