Mətbuat Şurası sədrindən Ata Abdullayevlə bağlı AÇIQLAMA


"Bəzilərinin əlinə fürsət düşüb. Çalışırlar ki, Ermənistanın baş naziri Nikol Paşinyanla uğursuz dialoq aparan Ata Abdullayevi Mətbuat Şurasına bağlı biri kimi göstərsinlər. Belələrinə cavab verməyə bəlkə də lüzum yoxdur".
Yeniavaz.com xəbər verir ki, bu fikirləri demokrat.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib. 
Ə.Amaşov deyib ki, Ata Abdullayevin Mətbuat Şurasına heç bir bağlılığı yoxdur: "Onların rahat olmaları üçün deyim ki, Ata Abdullayevin Mətbuat Şurası ilə, şəxsən mənimlə heç bir bağlılığı yoxdur. Sosial şəbəkələrdə belə bizi heç nə bağlamır. Azad sənətkardır, kefi haraya istəyirsə gedir, nə ağlına gəlirsə danışır".

DİGƏR XƏBƏRLƏR

Top