"Mühacir alveri" ilə bağlı yeni açıqlama


Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzinin (AKM) sabiq sədr müavini Mehdi Xəlilbəylinin həbs olunması təsdiqlənib.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı AKM bəyanat yayıb.
Bəyanatda bildirilib ki, hələlik Mehdi Xəlilbəyli haqqında yük daşımalarından gələn gəlirləri gizlətmək və vergidən yayınmaq faktları sübut olunub.
“Bu hallar isə Avropada çox böyük cinayət hesab olunur və bunun ağır cəzası var. Bundan əlavə olaraq göstərilən iddialarla bağlı Mehdi Xəlilbəylinin, yaxud başqa bir Müsavat AKM üzvünün hansısa cinayət əməli sübut olunarsa, qanun qarşısında cavabını verəcək. Bizim nə Müsavat Partiyası, nə də Müsavat AKM adına utanc gətirəcək fəaliyyətimiz olub”, - deyə bəyanatda qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top