Arif Hacılıdan Tofiq Yaqublu barədə açıqlama: "Ümid edirəm ki..."


Müsavat başqanı Arif Hacılı Cəmil Həsənlinin Tofiq Yaqublunu Milli Şuraya sədr təklifinə münasibət bildirib.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb.

"Hər kəsə məlumdur ki, Tofiq Yaqublu Müsavat və Milli Şuranın, AXCP-nin daha sıx əməkdaşlığının, müttəfiqliyinin tərəfdarıdır. Ümid edirəm ki, Tofiq bəy əvvəllər bu məqsədlə Müsavatdan daha çox Milli Şuranı təbliğ edirdisə, Milli Şuranın sədri olsa yenə eyni məqsədlə o təşkilatdan daha çox Müsavatı təbliğ edəcək", - deyə partiya sədri bildirib.

Xatırladaq ki, Cəmil Həsənli "feysbuk" hesabında Tofiq Yaqublunun Milli Şuranın sədri vəzifəsinə layiq bilib: "Tofiq bəy bu etimadı xalqa, millətə, vətənə təmənnasız xidməti, ardıcıl mübarizəsi və fədakarlığı ilə qazanıb".

DİGƏR XƏBƏRLƏR

Top