237 manat qiyməti olan bu saqqız bir ay çeynənilə bilər


Kəngər bitkisinin kökündən hazırlanan Kəngər saqqızı bir ay istifadə edilə bilir.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Kəngər bitkisi əsasən Türkiyənin Malatya bölgəsində yetişir. Məlumata görə, saqqızı bir il öz suyunun içərisində saxlayıb, istifadə etmək mümükündür. Saqqızın istifadə müddəti ilə yanaşı qiyməti də diqqət çəkib. Belə ki, 1 kq-nın topdan satış qiyməti 800 TL (təqribən 237 AZN) təşkil edir.
Bu saqqızın eyni zamanda çənə, üz və mədə başda olmaqla insan bədəninə bir çox faydaları olduğu bildirilir.
Qeyd edək ki, Kəngər bitkisi isti havalarda yetişir. Qiymətinin baha olması isə, bitkinin yığımının çətin və yağışlı havanın üstünlük təşkil etməsi ilə əlaqələndirilir.
İlahə Hüseynova
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top