Həyat yoldaşı tərəfindən döyülən Elçin Əlibəyli: "Ölkəni birdəfəlik tərk edirəm" - YENİLƏNİB

Tanınmış aparıcı Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyülüb.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verib. 

E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. tərəfindən xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib. 

Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

***
Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyülməsi xəbərini təkzib edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə sosial şəbəkə məlumat verib. Aparıcı iddia edir ki, xəbər saytları ona qarşı kampaniyaya başlayıblar: "Bir-birinin ardınca yalan, sifarişli xəbərlər qoyurlar. Bütün yazılanlar yalandır və mətbuatın bu iyrəncliyinə etiraz olaraq ölkəni birdəfəlik tərk edirəm, təki dincəlsinlər! Həyat yoldaşımın adını hallandıran saytları bir-bir məhkəmə qarşısına çıxaracağam!".

DİGƏR XƏBƏRLƏR

Top