Azərbaycanlıların Türkiyədən nə qədər ev aldıqları məlum oldu - SİYAHI


Bu ilin ilk 10 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 954 mənzil, oktyabr ayı ərzində isə 125 mənzil alıblar. 
Yeniavaz.com Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədən ev alan azərbaycanlıların sayı artıb. Belə ki, 2018-ci ilin yanvar-oktyabr aylarında azərbaycanlılar Türkiyədən builkindən 14 mənzil az - 940 mənzil satın alıblar. Qeyd etdiyimiz kimi, bu ilin oktyabr ayında isə azərbaycanlılar Türkiyədən 125 mənzil satın alıblar və bu ötən ilin oktyabr ayındakı göstəricidən 52 mənzil az olub.
Məlumat üçün bildirək ki, xarici ölkə vətəndaşları bu ilin ilk 10 ayı ərzində Türkiyədən ümumilikdə 36 min 579 mənzil satın alıblar. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 19,1% və ya 5 min 867 mənzil çox olub. Oktyabr ayında Türkiyədə ev alan əcnəbilər arasında İraq, İran, Rusiya, Almaniya, Əfqanıstan, Küveyt, Səudiyyə Ərəbistanı, İngiltərə, Yəmən, Azərbaycan və İordaniya vətəndaşları üstünlük təşkil edib.
Oktyabr ayında xarici ölkə vətəndaşlarının Türkiyədən aldıqları mənzillərin sayı bu cür olub:
ÖLKƏLƏR OKTYABR, 2018 OKTYABR, 2019
İraq 1 439 597
İran 557 536
Rusiya 336 292
Almaniya 341 225
Əfqanıstan 319 185
Küveyt 378 182
S. Ərəbistanı 332 168
İngiltərə 217 166
Yəmən 113 132
AZƏRBAYCAN 177 125
İordaniya 242 121

DİGƏR XƏBƏRLƏR

Top