İranda vəziyyət necədir?


İranda benzinin qiymətinin artması ilə əlaqədar baş verən etiraz aksiyaları davam edir.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, iştirakçılar Tehran, Təbriz, Məşhəd, Əhvaz, İsfahan, Şiraz, Yəzd, Kirman şəhərlərində davam edən etirazlar zamanı yanacaqdoldurma məntəqələrinə, banklara, ictimai binalara və polis maşınlarına ciddi ziyan vurublar. Nümayişçilərin Şəhriyar şəhərində olan kitabxanaya hücumu zamanı 13 min kitab zərər görüb. Hadisələr zamanı İnqilab Keşikçiləri Ordusu və polis qüvvələrindən 3 nəfər həyatını itirib.
Hökumət rəsmiləri mitinq iştirakçılarından ölən və yarananlarla bağlı heç bir açıqlama verməyib.
Qeyd edək ki, hökumət ölkə ərazisində internetə girişi bağlayıb.
Fəridə Qədirova
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top