Suriyadan İsrailə hücum edildi


İsrailin nəzarəti altında olan Qolan Təpələri adlı yerə Suriyadan raket atılıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, İsrail rəsmiləri onların nəzarətində olan Qolan Təpələrinə Suriya tərəfindən 4 raket atıldığını bildirib.
İsrailin hava hücumundan müdafiə sistemləri həmin raketləri vuraraq zərərsizləşdirib.
Bəhs edilən hücum barədə hələlik geniş məlumat verilməyib.
Suriya hökumətinə yaxınlığı ilə bilinən SANA adlı xəbər agentliyi də hadisəni təsdiqləyib. 

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top