Sürət yarışına çıxan “Hyundai” 2 maşına çırpılaraq aşdı


Bakının Yasamal rayonunda 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.
Moskva prospektində körpünün üzərində “Hyundai" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxıb.
Bu zaman nəqliyyat vasitəsi eyni istiqamətlə gedən "Kia" və "Mercedes" markalı nəqliyyat vasitələrinə çırpılıb. Zərbənin təsirindən "Hyundai" markalı avtomobil aşıb, sürücü isə hadisə yerindən yayınıb. Qəza zamanı 2 nəfər xəsarət alıb.
Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Qəzaya uğrayan "Mercedes" markalı nəqqliyyat vasitəsinin sürücüsü bildirib ki, "Hyundai" və "Kia" markalı avtomobillərin sürücüləri eyni istiqamətdə sürət yarışına çıxıb.
Avtotexniki ekspertiza təyin edilib. Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.(APA)
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top