Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib


Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Mirzəxan kəndində qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, "VAZ-21011" və "VAZ-2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər - İsmaylov Ruslan Eldar oğlu, Fətəliyev Əlizamin İsrail oğlu, Allahyarova Türkan Eldar qızı və daha 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Xəsarət alanlardan birinin vəziyyəti yaxşı olduğundan o evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Bərdə

DİGƏR XƏBƏRLƏR

Top