Ronaldonu dünya rekordundan 10 qol ayırır


Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo yığmada 99-cu qolunu vurub.

AVRO-2020-nin seçmə mərhələsinin sonuncu – X turunda Lüksemburqun (2:0) qapısına yol tapan hücumçu bununla da dünya rekorduna bir az da yaxınlaşıb.

Yığmasının kapitanı olan K.Ronaldo millidəki qol sayında hazırda planetin ikinci bombardiridir. O, yalnız İran millisinin azərbaycanlı ulduzu Əli Daeidən geri qalır.

Asiyalı forvard millidə 109 dəfə fərqlənib. K.Ronaldonu bu rekorddan 10 top ayırır.

Qeyd edək ki, Azərbaycan millisinin ən yaxşı bombardiri Qurban Qurbanovun hesabında 14 top var.//APAsport

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top