Ət və kərə yağı xaricdən Azərbaycana bu qiymətə gətirilir - MƏBLƏĞ


Bu ilin ilk 10 ayı ərzində xarici ölkələrdən Azərbaycana 41 min 786,4 ton ət, 11 min 149,2 ton kərə yağı və süddən hazırlanmış digər yağlar gətirilib. 
Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 10 ayında idxal etdiyimiz ətin miqdarı 7,6%, kərə yağının miqdarı isə 20,4% artıb.
İdxal olunan bu məhsullar üçün ödənilən vəsaitlər də artıb. Belə ki, 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə bu ilin yanvar-oktyabr aylarında idxal etdiyimiz ət üçün 12,1% çox (64 milyon 172,4 min dollar), kərə yağı üçün isə 1,6% çox (56 milyon 914,4 min dollar) vəsait ödənilib.
Ötən ilin ilk 10 ayında 1 kiloqramı 1,47 dollar (2,5 manat) olan ətin gömrük dəyəri bu ilin ilk 10 ayında 1,53 dollara (2,6 manat) yüksəlib.
Bundan başqa ötən ilin ilk 10 ayında kərə yağının 1 kiloqramının gömrük dəyəri 5,8 dollar (9,9 manat) olduğu halda, bu ilin ilk 10 ayında 5,1 dollara (8,7 manat) düşüb.

DİGƏR XƏBƏRLƏR

Top