Türkiyədə işsizlərin sayı kəskin artıb - RƏSMİ


Türkiyədə 15-24 yaşlarında gənclərin 27,8%-i işsizdir.
Yeniavaz.com Türkiyə Statistika İdarəsinin açıqladığı sonuncu göstəricilərə istinadən bildirir ki, ötən ilin analoji dövründə - avqust ayında  Türkiyədə gənclərin 20,8%-i işsiz olub.
Qeyd edək ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu ilin avqust ayında işsizlərin sayı 980 min nəfər artaraq 4 milyon 650 min nəfərə çatıb. Nəticədə ölkədə işsizlik səviyyəsi 14%-ə yüksəlib.
İşləyən insanların sayı isə əvvəlki illə müqayisədə 789 min nəfər azalaraq 28 milyon 529 min nəfərə düşüb. İşləyən insanların 36,1%-i isə qeyri-rəsmi olaraq çalışıb.
Qadınlar arasında işsizlik səviyyəsi 17,9% olub. Gənc qadınlar arasında isə işsizlik səviyyəsi 34,6%-ə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top