"Oqtay Gülalıyevi itirə bilərik" - Əvəz Zeynallıdan həyəcan təbili - VİDEO


"Xural.com" saytının rəhbəri Əvəz Zeynallı Türkiyədə xəstəxanada koma vəziyyətində olan Oktay Gülalıyevə baş çəkib. Ə.Zeynallı bu barədə sosial şəbəkədə status yazıb və O.Gülalıyevin xanımından aldığı müsahibəni paylaşıb.

Yeniavaz.com Ə.Zeynallının statusunu təqdim edir: "Oktay Gülalıyevin həyat yoldaşı, qardaşı və qardaşı oğlu ilə görüşdüm. Oktay bəyin səhhəti çox ağırdır. Bu gedişlə onu itirə bilərik. Ağ ciyərində problem yaranıb, Türkiyəyə gətiriləndən eyni vəziyyətdə saxlanılır. Oktay bəyin təcili bu sahədə ən peşəkar həkimlərin olduğu ölkələrə aparılması, ya da o həkimlərin Oktay bəyə baxması üçün İstanbula gətirilməsi lazım. Almaniya, İsrail və digər ölkələrdə yerləşən xəstəxanalar həmkarımıza və dostumuza kömək edə bilər. Oktay bəyin yoldaşı da buna səsləyir hamını - dünyanın ən yaxşı həkimləri səfərbər olunmalıdırlar. Azərbaycan bir daha və yenidən ayağa qalxmalı, Oktay Gülalıyevə sahib çıxmalıdır!"

Ə.Zeynallının O.Gülalıyevin həyat yoldaşından götürdüyü müsahibəni təqdim edirik.

DİGƏR XƏBƏRLƏR

Top