Arif Hacılı: "Nəyə sevinirsiniz? Nəyi bayram edirsiniz?"


Almaniyada mühacir alveri ilə bağlı azərbaycanlı mühacirlərin həbsi barədə Müsavat başqanı Arif Hacılı da danışdı.

Yeniavaz.com xəbər verir ki, Arif Hacılı bu barədə status yazıb: "Avropadan soydaşlarımız deport olunur. Onların öz məqsədi var. Ərazisində miqrantların sayını mümkün qədər azaltmaq hər Avropa ölkəsinin dövlət siyasətidir. Azərbaycanda nə baş verir? Bu olaydan hərə öz məqsədi üçün yararlanmağa çalışır. Real TV və başqa dövlət kanalları şadyanalıq edir. Biriləri bundan siyasi opponentlərə qarşı istifadə etməyə çalışır. Deport olunanlar arasında bir neçə ailə, xeyli çocuqlar var. Onları ən azı saxlanma, aşağılanma, sorğu-sual gözləyir. O qadınların, çocuqların üzüntüsünü, ürəklərinin sızıltısını, o üzüntüyə görə məhv olan ataların iztirabını düşünürsüzmü? Onlar Avropaya kefindən getməmişdilər. Bu yolla həyatlarını xilas etmək istəyirdilər. Bu da alınmadı. Nəyə sevinirsiniz? Nəyi bayram edirsiniz? Biz ki, belə amansız millət deyilik?! Bizə nə oldu?"

DİGƏR XƏBƏRLƏR

Top