Brilliant Dadaşova: "Əslində, toydan vergi ödəməməliyik" - VİDEO


Xalq artisti Brilliant Dadaşova vergidən şikayətlənib.

Yeniavaz.com xəbər verir ki, İTV-də yayımlanan "3 D" verlişinin qonağı olan ifaçı toylara görə müğənnilərdən tutulan vergidən gileylənib.
"Əlbəttə vergi ödəyirəm. Əslində, toydan vergi ödəməməliyik. Bu, Türkiyədə ekstra adlanır. Toy olanda vergi ödəməlisən. Elə olur ki, 3 ay toya getmirəm, amma o rübün vergisini ödəyirəm. Bir vaxt mənə dedilər ki, 22 min vergi ödəməlisən. Bu, 2015-ci ildə olmuşdu. Dedilər ki, siz filan şadlıq sarayında siz 20-30 dəfə toyda olmusuz. Halbuki mən o şadlıq sarayını ümumiyyətlə tanımırdım. Sonra auditlə danışdıq, məsələ həll oldu".
Xalq artisti oğluna iş tapa bilməməyindən də gileylənib:
"Oğlumu oxutdurmaq üçün çox əziyyət çəkmişəm. Magistraturanı bitirəndən sonra başladım onun üçün iş axtarmağa. Bir çox yerə müraciət etdim, heç yerə əlim çatmadı. Heç kim məni qəbul etmədi". 

DİGƏR XƏBƏRLƏR

Top