Yasamalda 20 yaşlı gənc binadan yıxıldı - Onurğa sütunu sındı


Bakının Yasamal rayonunda binadan yıxılan şəxs ağır xəsarət alıb.

Hadisə Zahid Xəlilov küçəsində yerləşən beşmərtəbəli binanın yaxınlığında baş verib.

1999-cu il təvəllüdlü Hüseynov Fuad Müqabil oğlu hündürlükdən yıxılaraq yaralanıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. F.Hüseynova qapalı kəllə-beyin travması, onurğa sütununun sınması diaqnozu qoyulub. Həkimlərin verdiyi məlumata görə, yaralı affekt vəziyyətindədir.

Faktla bağlı araşdırma aparılır.//APA

DİGƏR XƏBƏRLƏR

Top