"O ses Türkiyə"nin iştirakçısı 123 kiloqram arıqladı - VİDEO


"O ses Türkiyə" yarışmasına 8 il əvvəl qatılan yarışmaçı Burak Şenyüz yenidən bəxtini sınamaq qərarına gəlib.

123 kiloqram arıqlayan gəncin keçmiş və indiki halı münsiflər heyəti heyrətləndirib. Eyni zamanda tamaşaçılar da şoka düşüb. Burak arıqlamaq üçün hər hansı əməliyyat etdirmədiyini, sadəcə un, şəkər və duzu həyatından çıxararaq, 5 ildə 123 kiloqram arıqladığını deyib.

O, səhnədə "Sözlerimi geri alamam" mahnısını səsləndirib və münsiflərdən Beyazıt Öztürklə Murat Bozu özünə tərəf döndürə bilib.

Burak sonda Murat Bozu seçib onun komandasında yarışmaq istədiyini deyib.


yenisabah.az

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top