Daxili İşlər nazirindən generalın yerinə - TƏYİNAT

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Lənkəran Şəhər-Rayon Polis İdarəsinin rəisi, polkovnik İslam Hümbətov vəzifəsindən azad edilib.

Nazirin digər əmrinə əsasən, o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə rəisi təyin edilib.

Qeyd edək ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş rəisi, polis general-mayoru Aslanov Həzi Arif oğlu tutduğu vəzifədən azad edilərək DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə rəis təyin olunub.//oxu.az

DİGƏR XƏBƏRLƏR

Top