Türkiyə Avro-2020-nin final mərhələsində!


Türkiyə milli komandası 2020-ci il Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

"Ay-ulduzlular" buna seçmə mərhələdə H qrupunun IX tur qarşılaşmasında İslandiya ilə ev heç-heçəsi sayəsində nail olub. 

İstanbuldadakı "Türk Telekom Arena"da təşkil olunmuş qarşılaşma qolsuz yekunlaşıb - 0:0. Bu nəticədən sonra xallarını 20-yə çatdıran Şenol Günəşin baş məşqçi olduğu kollektiv qrupda ilk 2 pillədən birini təmin edib.//Report

DİGƏR XƏBƏRLƏR

Top