Tbilisidə parlament binası qarşısında etiraz aksiyası keçirilir

Tbilisidə parlament binası qarşısında etiraz aksiyası keçirilir​.

Yeniavaz.com “report”a istinadla xəbər verir ki, etirazçılar Gürcüstanda növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Askiya iştirakçıları hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin ünvanına “Get!” şüarı da səsləndirirlər.

Analoji etiraz aksiyası Kutaisi şəhərində də keçirilir.

Qeyd edək ki, hakim partiyanın nümayəndələri ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini istisna ediblər. Gürcüstanda parlament seçkiləri 2020-ci ilin oktyabrında keçiriləcək. 

DİGƏR XƏBƏRLƏR

Top