Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Rayon sakini Babayeva Həqiqət Şahbaz qızını yolu keçərkən Salyan-Şirvan marşrutu üzrə işləyən mikroavtobus vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.