Başlarına pul qoyulan ən təhlükəli qadın cinayətkarlar - FOTOLAR


ABŞ-ın Federal Təhlükəsizlik Bürosu (FTB) tərəfindən axtarışda olan bu qadınlar dünyanın ən təhlküəli cinayətkarları sırasındadır.
Yeniavaz.com
xəbər verir ki, FTB-nin rəsmi səhifəsində bəzi qadın cinayətkarlar xüsusi təhlükəli olaraq qeyd edilib. Onlardan biri Çeri Laverne Daltondur. Həmin qadın 1,6 milyon dollarlıq soyğunda iştirak etdiyi üçün axtarışdadır. Bəhs edilən soyğunda iki polis və bir təhlükəsizlik əməkdaşı öldürülüb. Onun həbs edilməsinə köməklik edənə bir milyon min dollar mükafat vəd edilib.

Əhləm Əhməd Əl-Tamimi 9 Avqust 2001-ci ildə, pizza restoranına təşkil etdiyi bombalı hücum nəticəsində ikisi ABŞ vətəndaşı olmaqla 15 nəfərin ölümünə səbəb olub. Həmin hücumda 122 nəfər xəsarət almışdı. İxtisasca jurnalist olan həmin qadının 38 yaşı var və İordaniya vətəndaşıdır. Onun yerini bildirənə FTB tərəfindən 5 milyon dollar mükafat veriləcəyi bildirilir.

Yoanne Çesimard və digər tərəfdarları ABŞ-da ələ keçirdikləri bir neçə hərbçini xüsusi amansızlıqla qətlə yetirib. Bu hadisədən sonra əməliyyatla ələ keçirilərək ömürlük həbs verilib. Ancaq, həmin qadın həbsdən qaça bilir. ABŞ vətəndaşı olan Yoannenin 67 yaşı var. FTB tərəfindən ən çox axtarılan qadın cinayətkarlar sırasındadır. Harda olduğunu xəbər verənlərə bir milyon dollar pul veriləcək.

Donna Yan Borup ABŞ-da bir hava limanında keçirilən nümayişdə əlindəki kimyəvi maddəni polisə ataraq onun kor olmasına səbəb olub. Marksist-leninist bir təşkilatın üzvü olan Donna hazırda FTB tərəfindən axtarışdadır. Əslən ABŞ vətəndaşı olan Donnanın 70 dən çox yaşı var. İxtisasca dizaynerdir. Tapılmasında kömək edənə bir milyon dollar mükafat veriləcək.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top