"Müsavat" vəsiqəsi ilə sığınacaq alanlar Almaniyadan deportasiya olunacaq?

Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanda müxalif partiyaların keçmiş fəallarından ibarət cinayətkar şəbəkə üzvlərinin işini araşdırmaqda davam edir.

Xəbər verildiyi kimi, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat Partiyasının bəzi üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvlərinin 2-i  barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Azərbaycandan olan mühacirlər miqrantların qanunsuz daşınmasında ittiham olunur. Cinayətkarlar miqrantlardan 3000-10.000 avro arasında pul alırmışlar.

Son məlumata görə, Almaniyadan, əsasən, Bavariya torpağından xeyli azərbaycanlı "siyasi mühacir" deport olunacaq. Onların hamısının “Müsavat” partiyasının sənədləri əsasında sığınacaq aldıqları bildirilir. (Virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top