Bu il Yevlaxda 240 mindən çox heyvana xəstəlik əleyhinə vaksin vurulub


Yevlaxda heyvan və quşlarda epizotiya əleyhinə aparılan diaqnostik və proflaktik tədbirlər başa çatdırılıb.
Yeniavaz.com xəbər verir ki, rayon ərazisində qeyddiyyatda olan 200 minə yaxın heyvan və xeyli sayda quşa yönəlik diaqnostiki və proflaktiki tibbi tədbirlər tətbiq olunub.
Yanvar ayından etibarən başlanılan tədbirlər zamanı rayon baytarlıq idarəsinin mütəxəssisləri tərəfindən 67.672 iribuynuzlu və 172.917 baş xırdabuynuzlu heyvana dabaq, modelyar dermotit, qarayara, çiçək və digər xəstəliklər əleyhinə gərəkli vaksinlər vurulub.
O cümlədən fərdi təsərrüfatlarda istifadə olunan at, eşşək və quşlar pevənd olunub, 6 min baş itə isə quduzluq əleyhinə vaksinlər vurulmaqla proflaktiki tədbirlər görülüb. Həyata keçirilmiş epizotiya yönlü tədbirlər Yevlax rayonu ərazisində epizodik durumu sabit saxlamağa imkan verib.
Heyvan və quşlar arasında hər hansı təhlükəli infeksiya və yaxud xəstəlik halı qeydə alınmayıb.
Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top