Noyabrın 9-u baş verən mitinqdən sonra məcbur olaraq istefa edən Boliviya prezidenti Evo Morales ilk gecəsinin fotosunu paylaşıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, 14 il Boliviya prezidenti olan E.Morales 2019-cu ilin oktyabr seçkilərində 4-cü dəfə prezidentliyə namizəd olub. Seçkilərin birinci mərhələsindən keçdiyini iddia edən Moreles ölkə müxalifətinin hiddətinə səbəb olub və nəticədə etiraz aksiyalarından sonra məcburi istefa edib.
İstefadan sonra adyallı halda ilk gecəsinin fotosunu “Twitter” hesabında paylaşaraq “Bu, çevrilişdən sonrakı ilk gecəmdir. Məni qoruyan və qayğı göstərən Koçabambanın tropik bölgəsindəki qardaşlarım və bacılarıma təşəkkür edirəm” - sözlərini yazıb.
Lalə Cəfərova