Boliviyanın yeni prezidenti dövlət çevrilişi edən naziri işdən çıxardı


Boliviyanın yeni prezidenti Janine Anez vəzifəsinin ilk günündə gözlənilməz qərar imzalayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Janine Anez vəzifəsinin ilk günündə dövlət çevrilişi edən Müdafiə nazirini işdən çıxarıb. Orduya yeni təyin edilən hərbçilərin andiçmə mərasimində həmin xəbəri eşidən hər kəs şoka düşüb. Çünki, Anezi müvəqqəti prezidentlik vəzifəsinə gətirən şəxs də məhz Müdafiə naziri idi. Onun yerinə Karlos Orellana Sentellas adlı şəxs gətirilib. Qeyd edək ki, Boliviyanın keçmiş prezidenti Evo Morales Müdafiə Nazirinin ordu vasitəsilə ona qarşı etdiyi təzyiqlər və etirazlar səbəbilə istefa etmişdi.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top