Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında baş tutan görüşdə maraqlı anlar yaşanıb.
Yeniavaz.com İndependentturkish.com-a istinadla xəbər verir ki, Ərdoğanla Trampın ortaq keçirdiyi mətbuat konfransında türkiyəli jurnalistin ABŞ prezidentinə verdiyi sual maraqla qarşılanıb. Mətbuat işçisi Trampa Ağ Evdə kürd lider Mazlum Kobanini qəbul etdiyinə görə, türk xalqının onlardan incidiyini, bu görüşdən sonra bir daha belə bir addımın atılıb atılmayacağını soruşub. Tramp isə suala cavab verdikdən sonra jurnalistə bu sözləri söyləyib: "Jurnalist olduğuna əminsən? Məncə bu sualından sonra sən dövlət işlərində çalışacaqsan".
Trampın cavabı salonda qəhqəyə səbəb olub.
Ruslan Yusibov