Türkiyədə hərbi hissədə partlayış: 14 yaralı - VİDEO


Türkiyənin Şanlıurfa şəhərində yerləşən Zirehli Briqada Komandanlığına aid hərbi hissədə partlayış baş verib.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, silah-sursat saxlanılan ərazidə 2 partlayış baş verib. Partlayış nəticəsində 14 nəfər xəsarət alıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım və yanğınsöndürən briqadalar cəlb olunub. Yaralılar xəstəxanalara yerləşdirilib,

Türkiyə Müdafiə Nazirliyinin açıqlamasına görə, yanğının qarşısı alınıb, təhlükəsizlik təmin edilib. 

DİGƏR XƏBƏRLƏR

Top