“Səni axtarıram”da qalmaqal - Xalq artisti studiyanı tərk etdi


"Səni axtarıram"ın ekspertlərindən biri Əjdər Həmidov canlı efiri yarımçıq tərk edib.

Verilişə çıxan bir qadın övladlığa götürdüyü qızının keçmiş həyat yoldaşı tərəfindən İranda qanunsuz şəkildə saxlanıldığını iddia edib.

Övladı üçün efirdə gözyaşı tökən qadına verilişin ekspertləri müxtəlif məsləhətlər veriblər. Xalq artisti Əjdər Həmidovun qadına "Doğma övladınız deyilsə neynirsiniz o uşağı?" - deyib. Bu sözlər efirdə qalmaqala səbəb olub.

Aparıcı Xoşqədəm Hidayətqızı 66 yaşlı aktyora "Əjdər müəllim, siz kəlmənizlə övladlığa götürülənlərin qəlbini param-parça etdiniz" deyərək irad bildirib. 

Aparıcının ardınca ekspert Kəmalə Ağazadə də Əjdər Həmidovun fikirlərinə "Bu verilişdə bioloji valideyinini axtarmağa gələn uşaq var. Çox ağır bir ittiham oldu" ifadələri ilə reaksiya verib.

Xalq artisti isə "Mən o qadına demək istəyirdim ki, bu zülmü çəkmə. O, onsuzda sənin doğma övladın deyil. Lazım deyildi də mənə hücum çəkmək" cavabını verdikdən sonra studiyanı əsəbi halda tərk edib.//yenisabah.az

DİGƏR XƏBƏRLƏR

Top