BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib

BMT baş katibinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi, Küveyt əmirinin humanitar məsələlər üzrə müşaviri və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah əl-Matuq Azərbaycana səfərə gəlib.
Yeniavaz.com xəbər verir ki, o, Bakıda keçiriləcək Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edəcək.
Səfər çərçivəsində Abdullah əl-Matuqla Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının genişləndirilmiş iclasında görüş təşkil ediləcək.
Görüşdə qonağa Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunacaq.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top