Avstraliyadakı meşə yanğınında nəsli tükənməkdə olan heyvan növündən 350–si ölüb


Avstraliyanın Cənubi Uels əyalətindəki meşə yanğınları davam edir.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, yanğınlar nəticəsində insanlarla yanaşı təbiət və heyvanlar ailəmi də zərər görüb.
Belə ki, Cənubi Uels əyalətindəki meşə yanğınlarında nəsli tükənməkdə olan 350 koala növü ölüb. Əyalətin Koala Xəstəxanasından verilən məlumatda koalaların böyük hissəsinin xilas edilə bilmədiyi deyilib.
Qeyd edək ki, Avstraliyada 43 min koala növü qorunur. Yanğınlar və iqlim dəyişikliyi səbəbi ilə 2050-ci ilə qədər koalaların nəslinin tükənəcəyi güman edilir.
Xatırladaq ki, koalaların daha çox ölməsinə səbəb onların yuvalarının ağaclarda olmasıdır.
Şəbnəm Zahir

DİGƏR XƏBƏRLƏR

Top