ABŞ-da avtomobildən qaçan balaca it sürücülərə çətin anlar yaşadıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-da avomobillərin sürətlə hərəkət etdiyi yolda sahibindən qaçan it panikaya səbəb olub. Geniş yolda bütün sürücülər avtomobillərini dayandıraraq iti tutmağa çalışıblar. Bir neçə dəqiqə sonra sürücülərdən biri nəhayət iti tuta bilib. Kiçik itin səbəb olduğu tıxac dəqiqələrcə davam edib. Avtomobillərin təhlükəsizlik kameraları tərəfindən qeyd edilən həmin video qısa vaxtda sosial şəbəkədə ən çox izlənən videolardan birinə çevrilib.
Ruslan Yusibov